Yuxarı

Məşhur tennisçilərin danışılmış oyunlarda iştirakını təsdiqləyən məxfi sənədlər üzə çıxıb

Son 10 ilin ən yaxşı 50-liyinə daxil olan 16 tennisçinin adları hallanır

Bakı. 18 yanvar. REPORT.AZ/ Tennisdə danışılmış oyunların mövcudluğunu təsdiqləyən gizli sənədlər üzə çıxıb. "Report"un məlumatına görə, BBC teleşirkəti və "BuzzFeed" internet portalı həmin sənədləri ələ keçirdiklərini açıqlayıblar.

Bildirilir ki, danışılmış oyunlarda son 10 ilin ən yaxşı "50-liy"inə daxil olan 16 tennisçinin adları hallanır. Pozuntular barədə müvafiq orqanlar da xəbərdar olublar. Lakin onlar oyunçulara çıxışlarını davam etdirmək imkanı yaradıblar. Adı açıqlamayan teleşirkət mobil telefon, bank hesabı və fərdi kompüterə çıxış olmadan konkret oyunçuların günahının sübuta yetirilməsinin mümkünsüzlüyünü səbəb göstərib. Bununla belə, həmin tennisçilər arasında "Böyük dəbilqə" turnirləri qaliblərinin olduğu, onlardan 8-nin Melburnda start götürən "Australian Open"də çıxış edəcəkləri məlumdur. Daha ətraflı məlumatın yanvarın 19-da efirə çıxacaq radio proqramında veriləcəyi vurğulanıb.

Peşəkar Tennisçilər Assosiasiyasının prezidenti Kris Kermod adların açıqlanacağına şübhə ilə yanaşıb. O, öz təşkilatının Tennis İntegrity Unit"lə ("Tennisdə düzgünlük") birgə bütün materialları öyrənəcəyini bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi