Məşhur referi Pyerluici Kollina FİFA Hakimlər Departamentinə sədr təyin olunub

Məşhur referi Pyerluici Kollina FİFA Hakimlər Departamentinə sədr təyin olunub O, Anxel Mariya Vilyarı əvəzləyib
Fərdi
131
21 Yanvar , 2017 00:30
Məşhur referi Pyerluici Kollina FİFA Hakimlər Departamentinə sədr təyin olunub

Bakı. 21 yanvar. REPORT.AZ/ Bir zamanlar məşhur olmuş italiyalı hakimi Pyerluici Kollina FİFA Hakimlər Departamentinin sədri vəzifəsinə təyin olunub. 

"Report"un İtaliya Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, o, bu vəzifədə ispaniyalı Anxel Mariya Vilyarı əvəzləyib.

Qeyd edək ki, o, eyni zamanda UEFA-da hakimlik məsələləri üzrə baş zabit kimi çalışır. 

Kollina 6 dəfə (1998 - 2003) dünyanın, 7 dəfə İtaliya A Seriyasının ən yaxşı hakimi sayılıb.

Son xəbərlər

Orphus sistemi