Məşhur futbolçu Cibuti klubu ilə müqavilə bağladı

Məşhur futbolçu Cibuti klubu ilə müqavilə bağladı Kamerun milli komandasının sabiq futbolçusu Aleks Sonq Cibutinin “Arta Solar 7” klubu ilə müqavilə bağlayıb.
Fərdi
8 Noyabr , 2020 11:51
Məşhur futbolçu Cibuti klubu ilə müqavilə bağladı
Aleks Sonq

Kamerun milli komandasının sabiq futbolçusu Aleks Sonq Cibutinin “Arta Solar 7” klubu ilə müqavilə bağlayıb.

“Report”un “Goal.com”a istinadən məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi 2 illik sözləşməyə imza atıb. O, klub akademiyasında məşqçi səlahiyyətlərini də yerinə yetirəcək.

Qeyd edək ki, Aleks Sonq karyerası ərzində İngiltərədə “Arsenal” və İspaniyada “Barselona” kimi məşhur klublarda çıxış edib. Onun son komandası martda azad agent kimi yollarını ayırdığı İsveçrənin “Syon” klubu olub.

Son xəbərlər

Orphus sistemi