"Mercedes" və "Red Bull" yeni bolidlərini təqdim edib

"Mercedes" və "Red Bull" yeni bolidlərini təqdim edib Bakı. 13 fevral. REPORT.AZ/ “Formula 1” üzrə dünya çempionatında iştirak edən Almaniyanın Mercedes və Avsrtiyanın “Red Bull” komandaları yeni bolidlərini təqdim edib.
Fərdi
13 Fevral , 2019 17:24
Mercedes və Red Bull yeni bolidlərini təqdim edib

Bakı. 13 fevral. REPORT.AZ/ “Formula 1” üzrə dünya çempionatında iştirak edən Almaniyanın "Mercedes" və Avsrtiyanın “Red Bull” komandaları yeni bolidlərini təqdim edib.

"Report" xəbər verir ki, hər iki kollektiv 2019-cu il mövsümündə yeni görünüşlü maşınla mübarizə aparacaq.

"Mercedes" gümüşü rəngli W10 indeksli bolidini "Silverstoun" avtodromunda nümayiş etdirib. Komandada 5 qat dünya çempionu Luis HemiltonValtteri Bottas yer alacaq.

“Red Bull”un yeni bolidinin rənglərində dəyişiklik olub. Maşını tünd göy və qırmızı rənglər əhatə edib.  Növbəti mövsümdə "Red Bull" ilk dəfə olaraq "Honda" mühərriklərindən istifadə edəcək. Bolidləri Maks FerstappenPyer Qasli idarə edəcək. 

Daha əvvəl "Renault" da yeni bolidini təqdim edib.

Qeyd edək ki, 21 mərhələdən ibarət “Formula 1” üzrə 2019-ci il dünya çempionatı Avstraliyanın Melburn şəhərindəki “Albert Park” trasında 15 - 17 martda olacaq. Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran Prisi 26 - 28 apreldə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi