"Mercedes"in texniki direktoru: "Massa Azərbaycanda qalib gələ bilərdi"

"Mercedes"in texniki direktoru: "Massa Azərbaycanda qalib gələ bilərdi" O, bolidində problem yaranana qədər sonda qələbə qazanan Rikardodan öndə idi
Fərdi
15 Dekabr , 2017 08:44
Mercedesin texniki direktoru: Massa Azərbaycanda qalib gələ bilərdi

Bakı. 15 dekabr. REPORT.AZ/ "Formula-1"in Bakı Qran-prisi zamanı Felipe Massanın maşınında sırğa qıırılmasaydı, o, yarışı qalib kimi başa vurardı.

“Report” "f1report.ru"ya istinadən xəbər verir ki, bu sözləri "Mercedes" komandasının texniki direktoru Paddi Lou deyib.

“Bakıda keçirilən yarışdan dərhal sonra, mən anladım ki, Massa qalib gələ bilərdi. Felipenin şansı var idi, lakin, təəssüf ki, onun bolidində sırğa qırıldı. Heyif ki, hər şey belə alındı”, - deyə o əlavə edib.

Xatırladaq ki, Massa bolidində problem yaranana qədər sonda qələbə qazanan Rikardodan öndə idi.

Son xəbərlər

Orphus sistemi