Bakı. 17 yanvar. REPORT.AZ/ Hollandiyanın Veyk-An-Zee şəhərində "Tata Steel Chess" superturnirinin IV turuna yekun vurulub.
“Report” xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti dəfə heç-heçə edib.
33 yaşlı şahmatçının bu dəfə rəqibi rusiyalı Sergey Karyakin olub.
Məmmədyarov 4 turdan sonra 2,5 xal toplayıb və Vladimir Kramnik (Rusiya) və Maqnus Karlsen (Norveç) ilə üçüncü yeri bölüşür.
Turnir cədvəlinə 3 xal ilə Hindistan təmsilçisi Vişvanatan Anand və holland Aniş Giri başçılıq edir.