Məmmədyarov ərəb dünyasının ən nüfuzlu turnirində mübarizə aparacaq

Məmmədyarov ərəb dünyasının ən nüfuzlu turnirində mübarizə aparacaq Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Şarja Şahmat Klubunun təşkil etdiyi onlayn turnirdə oynayacaq.
Fərdi
10 İyun , 2020 11:18
Məmmədyarov ərəb dünyasının ən nüfuzlu turnirində mübarizə aparacaq

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Şarja Şahmat Klubunun təşkil etdiyi onlayn turnirdə oynayacaq. 

"Report" FIDE-nin rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, 35 yaşlı qrossmeysterlə yanaşı, turnirə Saleh Salem, Pentala Harikrişna, Bassem Amin, Rustam Kasımcanov, Radoslav Voytaşek qatılacaq. Onlar rapid növündə mübarizə aparacaqlar.

12-13 iyunda keçiriləcək yarış ərəb dünyasının ən nüfuzlu şahmat turnirlərindən hesab olunur. Mükafat fondu 10 min ABŞ dollarıdır. 

Son xəbərlər

Orphus sistemi