Məmmədyarov Aronyanı məğlub edərək liderliyini qorudu

Məmmədyarov Aronyanı məğlub edərək liderliyini qorudu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Superbet Chess Classic" turnirində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti oyununu keçirib.
Fərdi
205
11 İyun , 2021 19:57
Məmmədyarov Aronyanı məğlub edərək liderliyini qorudu
Şəhriyar Məmmədyarov

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Superbet Chess Classic" turnirində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, 36 yaşlı qrossmeyster ABŞ-a köçən Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Məmmədyarov 40-cı gedişdə rəqibini məğlubiyyətə uğradıb.

Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbov qara fiqurlarla rumıniyalı Boqdan Daniel Dyakla heç-heçə edib - 0,5:0,5.

Bu nəticələrdən sonra Məmmədyarov xalını 4-ə çatdıraraq, rusiyalı Aleksandr Qrişukla birgə liderliyini davam etdirir. Rəcəbov isə 3 xalla 4-cü yerdə gedir.

Son xəbərlər

Orphus sistemi