Yuxarı
    Bağlamaq

    Meksikada peşəkar boksçu babası ilə birgə qətlə yetirilib

    Onların meyiti yük maşınından aşkarlanıb

    Bakı. 10 dekabr. REPORT.AZ/ Meksikanın Qvadalaxara şəhər polisi peşəkar boksçu kiçik Alexandro Qonsalesin meyitini tapıb. "Report"un məlumatına görə, 23 yaşlı idmançının cəsədi evinin yanında qətlə yetirilmiş daha 2 şəxslə birgə yük maşınından aşkarlanıb.

    Meyitlərdən biri baba Alexandroya məxsus olub.

    Mərhum boksçu əvvəllər ikinci yüngül çəki dərəcəsində dünya çempionu tituluna namizəd olub. O, peşəkar rinqdəki döyüşlərindən 25 qələbə, 3 məğlubiyyət və 3 heç-heçə ilə ayrılıb. Alexandro Qonsales 2015-ci ildə İBF (Beynəlxalq Boks Federasiyası) versiyası üzrə görüşdə böyük britaniyalı Karl Fremptona uduzub.

    Qeyd edək ki, ötən həftə ABŞ-ın Çikaqo şəhərində gənc və perspektivli boksçu Ed Braun da öldürülüb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi