Meksikada heç bir döyüşdə məğlub olmayan gənc boksçu vəfat edib

Meksikada heç bir döyüşdə məğlub olmayan gənc boksçu vəfat edib Meksikanın 21 yaşlı boksçusu Havyer Qonsales vəfat edib.
Fərdi
667
2 İyul , 2020 05:18
Meksikada heç bir döyüşdə məğlub olmayan gənc boksçu vəfat edib

Meksikanın 21 yaşlı boksçusu Havyer Qonsales vəfat edib.

“Report” xəbər verir ki, bu barədə “Boxingscene” nəşri bildirib.

Qeyd edilir ki, gənc və perspektivli idmançının ölümünə onkoloji xəstəlik səbəb olub. 2019-cu ildə onun boynunda və qasıq sümüyünün limfatik düyünlərində şişlər aşkar edilib.

Qonsales peşəkar rinqdə 15 döyüş keçirib. O, bu döyüşlərin hər birində qələbə qazanıb.

Havyer Qonsales həmçinin üç dəfə Meksika çempionu olub. Yüngül çəkidə çıxış edən idmançı boksla məşğul olduğu illər ərzində 180-dən çox həvəskar döyüşdə iştirak edib.

Son xəbərlər

Orphus sistemi