"Formula 1": Meksika Qran-prisi növbəti dünya çempionatının təqviminə daxil edilməyəcək

"Formula 1": Meksika Qran-prisi növbəti dünya çempionatının təqviminə daxil edilməyəcək Meksika Qran-prisi Formula 1 üzrə 2020-ci il dünya çempionatının təqviminə daxil edilməyəcək.
Fərdi
15 May , 2019 17:16
Formula 1: Meksika Qran-prisi növbəti dünya çempionatının təqviminə daxil edilməyəcək

Meksika Qran-prisi "Formula 1" üzrə 2020-ci il dünya çempionatının təqviminə daxil edilməyəcək.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, yarışın gələcəyi ölkə rəhbərliyinin maliyyəni azaltmasından sonra sual altına düşüb.

Təşkilatçılar 2015-ci ildən keçirilən Qran-prinin müddətinin uzadılması üçün "Liberty Media" ilə razılığa gələ bilmirlər. Danışıqlar bir neçə aydır davam edir. Meksika hökuməti müqaviləni 2025-ci ilədək uzatmaq üçün 37 milyon avro ödəməkdən imtina edir.

Qeyd edək ki, gələn il "Formula 1" təqviminə Hollandiya və Vyetnam Qran-priləri salınacaq. Beləliklə, "Liberty Media"nın iki yarışı təqvimdən çıxaracağı ehtimalı böyükdür. Əsas namizədlər isə İspaniya və Meksika Qran-priləridir.

Son xəbərlər

Orphus sistemi