Məhəmmədrəsul Məcidov peşəkar rinqdə növbəti qələbəsini qazandı

Məhəmmədrəsul Məcidov peşəkar rinqdə növbəti qələbəsini qazandı Azərbaycanlı boksçu Məhəmmədrəsul Məcidov peşəkar rinqdə növbəti görüşünü keçirib.
Fərdi
28 Noyabr , 2020 10:31
Məhəmmədrəsul Məcidov peşəkar rinqdə növbəti qələbəsini qazandı
Məhəmmədrəsul Məcidov

Azərbaycanlı boksçu Məhəmmədrəsul Məcidov peşəkar rinqdə növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, ağır çəki dərəcəsində mübarizə aparan idmançı karyerasındakı üçüncü döyüşündə Puerto Riko təmsilçisi Sahret Delqado ilə üz-üzə gəlib.

ABŞ-ın Florida ştatında baş tutan qarşılaşma Məcidovun qələbəsi ilə yekunlaşıb. Boksçu üçüncü raundda rəqibini nokauta salıb.

Qeyd edək ki, Məhəmmədrəsul Məcidov daha əvvəl ABŞ təmsilçisi Ed Fonteyni və britaniyalı Tom Littlı məğlub etmişdi.

Son xəbərlər

Orphus sistemi