Məhəmmədrəsul Məcidov 3-cü dəfə boks üzrə dünya çempionu olub

Məhəmmədrəsul Məcidov 3-cü dəfə boks üzrə dünya çempionu olub İdmançı bu nailiyyətə Almaniyada keçirilmiş mundialda imza atıb
Fərdi
3 Sentyabr , 2017 00:11
Məhəmmədrəsul Məcidov 3-cü dəfə boks üzrə dünya çempionu olub

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov karyerasında 3-cü dəfə dünya çempionu olub.

"Report"un məlumatına görə, 91 kq-dan yuxarı çəkidəki 31 yaşlı idmançı bu nailiyyətə Almaniyanın Hamburq şəhərində keçirilmiş mundialda imza atıb.

Məcidov finalda qazaxıstanlı Kamşıbek Kunkabayevi yenib - 4:1. Bununla da Azərbaycan millisi dünya çempionatını 1 qızıl, 1 bürünc medalla başa vurub. Bürünc medala Kamran Şahsuvarlı (75 kq) sahib çıxıb.

Qeyd edək ki, Məhəmmədrəsul Məcidov daha əvvəl 2011 və 2013-cü illərdə dünya çempionu olub. Onun aktivində 2013-cü ildə Avropa çempionluğu, "Bakı 2015" I Avropa Oyunları və "Rio-2016" Yay Olimpiya Oyunlarında bürünc medal da var.

Son xəbərlər

Orphus sistemi