Məhəmməd Əlinin ölümünə septik şok səbəb olub

Məhəmməd Əlinin ölümünə septik şok səbəb olub Bu, naməlum təbii səbəblərdən baş verib
Fərdi
5 İyun , 2016 06:47
Məhəmməd Əlinin ölümünə septik şok səbəb olub

Bakı. 5 iyun. REPORT.AZ/ Əfsanəvi boksçu Məhəmməd Əlinin ölümünə naməlum təbii səbəblərdən yaranan septik şok səbəb olub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə idmançının ailə üzvü məlumat verib.

Tənəffüsündə yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilən Məhəmməd Əli cümə günü 74 yaşında ABŞ-da vəfat edib. O son bir neçə günü yatdığı Finkis şəhəri (Arizona ştatı) xəstəxanalarından birində dünyasını dəyişib.

Boksçu 1980-ci illərdən Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Son xəbərlər

Orphus sistemi