Tokio-2020: Yaponiya zirvədə, Çin 2-ci sıraya qalxıb

Tokio-2020: Yaponiya zirvədə, Çin 2-ci sıraya qalxıb Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 29 növ üzrə mübarizə gedib.
Fərdi
477
28 İyul , 2021 18:00
Tokio-2020: Yaponiya zirvədə, Çin 2-ci sıraya qalxıb

Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 29 növ üzrə mübarizə gedib.

“Report”un məlumatına görə, daha 23 dəst medal 3X3 basketbol, idman gimnastikası, velosiped, suya tullanma, atçılıq, qılıncoynatma, cüdo, avarçəkmə, reqbi, üzgüçülük və ağırlıqqaldırma növlərində sahiblərini tapıb. Beləliklə, 95 dəst medala 62 ölkənin idmançıları yiyələnib.

Yaponiya 22 (13 qızıl, 4 gümüş, 5 bürünc) medalla keyfiyyətcə birinci pillədəki mövqeyini qoruyub.

27 (12 qızıl, 6 gümüş, 9 bürünc) medal qazanan Çin 2-ci sıraya yüksəlib. Medal əyarında 3-cü yeri isə 11 "qızıl", 11 "gümüş" və 9 "bürünc"lə ABŞ tutur.

İki taekvondoçusu bürünc medal qazanan Türkiyə siyahıda 53-cü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi