MDB Oyunları: Azərbaycanın stolüstü tennis yığması Ermənistana qalib gəlib

MDB Oyunları: Azərbaycanın stolüstü tennis yığması Ermənistana qalib gəlib Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında stolüstü tennis üzrə Azərbaycan yığması mübarizəyə başlayıb.
Fərdi
196
7 Sentyabr , 2021 21:08
MDB Oyunları: Azərbaycanın stolüstü tennis yığması Ermənistana qalib gəlib

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında stolüstü tennis üzrə Azərbaycan yığması mübarizəyə başlayıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, ilk yarış günündə kişilərdən ibarət milli üzvləri 3 görüşə çıxıb. 2-ci qrupda yer alan kollektiv ilk görüşündə Qırğızıstana 3:0 hesabı ilə qalib gəlib. Növbəti görüşdə yığma Rusiyaya eyni hesabla uduzsa da, daha sonra Ermənistanı yenməyi bacarıb - 3:1.

Qızlardan ibarət komanda isə 2 oyun keçirib. İlk görüşündə Belarusa 0:3 hesabı ilə uduzan yığma ikinci matçda Qırğızıstana eyni hesabla qalib gəlib.

Son xəbərlər

Orphus sistemi