MDB Oyunları: Azərbaycanın cüdo komandası gümüş medal qazanıb

MDB Oyunları: Azərbaycanın cüdo komandası gümüş medal qazanıb Azərbaycanın cüdo konandası Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında finala yüksəlib.
Fərdi
10 Sentyabr , 2021 19:05
MDB Oyunları: Azərbaycanın cüdo komandası gümüş medal qazanıb

Azərbaycanın cüdo komandası Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında gümüş medal qazanıb.

"Report"un Tatarıstan paytaxtına ezam olunan əməkdaşının məlumatına görə, yığma finalda Özbəkistana 3:5 hesabı ilə uduzub.

100 kq çəki dərəcəsində mübarizə aparan Adil Kərimov Muzafferbek Turoboyevə, Elçin Hüseynov (66 kq) Dilşodbek Yuldoşevə, Səbinə Əliyeva (52 kq) Yulyana Maksatbayeva, Diana Şoranova (63 kq) Şukurcon Aminovaya, Nərmin Əmirli (78 kq) isə İrisxon Kurbanbayevaya məğlub olub.

Şəfəq Həmidova (48 kq) Halimajon Kurbonovaya, Rövşən Əliyev (60 kq) Kamoliddin Baxtiyorova, Zelim Tçkayev (81 kq) isə Nurbek Murtozoyevə qalib gəlib.

12:20

Azərbaycanın cüdo komandası Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında finala yüksəlib.

"Report"un Tatarıstan paytaxtına ezam olunan əməkdaşının məlumatına görə, yığma 1/4 final mərhələsində Qırğızıstanı 5:1, yarımfinalda isə Qazaxıstanı 5:3 hesabı hesabı ilə üstələyib.

Finala vəsiqə qazanan kollektiv ən azı gümüş medalı təmin edib.

Azərbaycan komandası həlledici görüşdə Özbəkistanla qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi