MDB Oyunları: Azərbaycanın badminton millisi Ermənistana qalib gəlib

MDB Oyunları: Azərbaycanın badminton millisi Ermənistana qalib gəlib Yeniyetmə və gənclərdən ibarət badminton üzrə Azərbaycan millisi Rusiyanın Kazan şəhərində keçirilən I MDB oyunlarında ilk görüşlərini keçirib.
Fərdi
172
7 Sentyabr , 2021 21:39
MDB Oyunları: Azərbaycanın badminton millisi Ermənistana qalib gəlib

Yeniyetmə və gənclərdən ibarət badminton üzrə Azərbaycan millisi Rusiyanın Kazan şəhərində keçirilən I MDB oyunlarında ilk görüşlərini keçirib.

"Report"un məlumatına görə, birinci oyunda Belarusu 4:1 hesabı ilə məğlub edən yığma ikinci turda eyni hesabla Özbəkistana qalib gəlib.

Komanda 3-cü turda Ermənistanı 5:0 hesabı ilə üstələyib.

Milli dairəvi sistem üzrə keçirilən komanda yarışında növbəti görüşlərinə sabah çıxacaq. İlk olaraq Rusiya ilə qarşılaşacaq yığma son turda Qazaxıstanla üz-üzə gələcək. Sabah həmçinin qaliblər müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi