MDB Oyunları: Azərbaycan samboçuları 3-cü qızıl medalı qazanıb

MDB Oyunları: Azərbaycan samboçuları 3-cü qızıl medalı qazanıb Azərbaycan samboçusu Adil Adilzadə Rusiyanın kazan şəhərində keçirilən I MDB Oyunlarında bürünc medal qazanıb.
Fərdi
7 Sentyabr , 2021 17:18
MDB Oyunları: Azərbaycan samboçuları 3-cü qızıl medalı qazanıb
Nicat Məmmədli

Azərbaycan samboçusu Toğrul Salmanov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

"Report"un Kazana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 98 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı özbəkistanlı Ruslan Rüstəmovla qüvvəsini sınayıb.

Rəqibinə 1:0 hesabı ilə qalib gələn Salmanov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

16:55

Azərbaycan samboçusu Rəsul Aydəmirov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında gümüş medal qazanıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 98 kq-da çıxış edən idmançı finalda rusiyalı İosif Siminə uduzaraq ikinci olub.

15:41

Azərbaycan samboçusu Elvin Bağırov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

"Report"un Kazana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 64 kq-da mübarizə aparan idmançı özbəkistanlı Şahriyorbek Mamatkulovla qarşılaşıb.

Rəqibini 8:7 hesabı ilə məğlub edən Bağırov qızıl medal qazanıb.

15:21

Azərbaycan samboçusu Nicat Məmmədli Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

"Report"un Kazana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 58 kq çəki dərəcəsində çıxış edən idmançı rusiyalı Nikolay Lukyançukla üz-üzə gəlib.

Rəqibi üzərində təmiz qələbə qazanan Məmmədli qızıl medal əldə edib.

15:03

Azərbaycan samboçusu Adil Adilzadə Rusiyanın kazan şəhərində keçirilən I MDB Oyunlarında bürünc medal qazanıb.

"Report"un Kazana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 88 kq-da mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə qırğızıstanlı Timurlan Toktobolotova qalib gəlib.

71 kq-da Kamran Qasımov, 79 kq-da isə Ağani Məmmədov "bürünc" qarşılaşmasında uduzaraq medalsız qalıb.

Son xəbərlər

Orphus sistemi