MDB Oyunları: Azərbaycan ilk günü 2-ci pillədə başa vurub

MDB Oyunları: Azərbaycan ilk günü 2-ci pillədə başa vurub Rusiyanın Kazan şəhərindəki I MDB Oyunlarında Azərbaycanın yunan-Roma güləşçiləri və qadın boksçular mübarizəyə qoşulublar.
Fərdi
769
3 Sentyabr , 2021 21:10
MDB Oyunları: Azərbaycan ilk günü 2-ci pillədə başa vurub

Rusiyanın Kazan şəhərindəki I MDB Oyunlarında Azərbaycanın yunan-Roma güləşçiləri və qadın boksçular mübarizəyə qoşulublar.

"Report"un Kazana ezam olunmuş əməkdaşı xəbər verir ki, yarışın 2-ci günündə pəhləvanlardan Nihad Quluzadə (55 kq), Həsrət Cəfərov (67 kq) və Sərxan Məmmədov (130 kq) qızıl, Qurban Qurbanov (72 kq) gümüş, Nihat Məmmədli (60 kq) və Laçın Vəliyev (87 kq) bürünc medal qazanıblar.

Xanım əlcək ustaları isə mübarizəyə yarımfinaldan qoşulublar. Aysu ismayılova (48 kq) qazaxıstanlı Anita Adishevaya, İsgəndər Qızbəs (57 kq) özbəkistanlı Rano Muratbaevaya, Emili Rzayeva (63 kq) isə rusiyalı Kristina Galnikinaya uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, aktivində 3 qızıl, 1 gümüş və 2 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında günü 2-ci pillədə başa vurub. İlk sırada 5 qızıl, 2 gümüş medalla Rusiya qərarlaşıb. İlk "üçlüy"ü isə 3 medalla (2 qızıl, 1 gümüş) Belarus tamamlayır.

Son xəbərlər

Orphus sistemi