MDB Oyunları: Azərbaycan idmançıları son gündə iki növ üzrə yarışacaq

MDB Oyunları: Azərbaycan idmançıları son gündə iki növ üzrə yarışacaq Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bu gün Azərbaycan 2 növ üzrə təmsil olunacaq.
Fərdi
159
11 Sentyabr , 2021 10:45
MDB Oyunları: Azərbaycan idmançıları son gündə iki növ üzrə yarışacaq

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bu gün Azərbaycan 2 növ üzrə təmsil olunacaq.

"Report"un Tatarıstan paytaxtına ezam olunan əməkdaşının məlumatına görə, son yarış günündə karateçilər kata və kumite yarışlarında təsəlliverici və medal görüşlərinə çıxacaqlar.

Badmintonçular isə fərdi, qarışıq qoşa və qoşa yarışlarda yarımfinal qarşılaşmalarını keçirəcəklər.

I MDB Oyunları

11 sentyabr

Karate

Keçirilmə yeri: "Tulpar" İdman-Təlim Kompleksi

Təsəlliverici mərhələ

Saat 10:00-14:00

Ceyhun İsmayılov - Samandarbek Abdiyev (Özbəkistan)

Bürünc medallar uğrunda mübarizə

Kumite

55 kq

Mədinə Sadıqova - Fotima Ostanova (Özbəkistan)

68 kq

Alika Semihova - Veronika Şuneyeva (Rusiya)
Zəhra Əliverdiyeva - Viktoriya Bublikova (Rusiya)

60 kq

Sultan Hüseynov - Nikita Reşetnik (Belarus)

67 kq

Nuran Rzazadə - Yeqor Pulkin (Rusiya)

75 kq

Fərid Ağayev - Daniil Qretski (Rusiya)

84 kq

Abbas Dadaşov - Vadim Ruçko (Rusiya)
Hüseyn Hüseynzadə - İslomjon Sattorov (Özbəkistan)

Final

Saat 15:00-18:00

Kata

Həsənəli Həsənov - Danila Brantov (Rusiya)

Kumite

50 kq

İnci Əzizova - Nəsibəbanu Narbayeva (Özbəkistan)

60 kq

Əminağa Quliyev - Yerkinbek Bayturbayev (Qazaxıstan)

+84 kq

Osman Osmanlı - Spandiyar Yerkebek (Qazaxıstan)

Badminton

Keçirilmə yeri: Badminton Mərkəzi

1/2 mərhələ

Fərdi yarışlar
Saat 11:00-15:30
Diki Pangestu - Georgiy Lebedev (Rusiya)
Maftuha Era - Marina Yanbayeva (Belarus)

Qarışıq komanda yarışları
Saat 11:00-15:30
Qəbilov Aqil / Maftuha Era - Pavel Moniç / Regina Qaliaxmetova (Rusiya)

Qoşa yarışlar
Saat 11:00-15:30

Diki Pangestu / Məhəmməd Xədafi - Amir Hamidulin / Pavel Moniç (Rusiya)

Final mərhələsi

Saat 16:00-19:00
Fərdi yarışlar
Qarışıq qoşa yarışları
Qoşa yarışlar

Qeyd edək ki, indiyədək Azərbaycan 13 qızıl, 11 gümüş və 23 medalla 3-cü pillədə qərarlaşıb. Rusiya 99 qızıl, 33 gümüş və 44 bürünc medalla lider, Özbəkistan isə 22 qızıl, 29 gümüş və 30 bürünc medalla 2-cidir.

Son xəbərlər

Orphus sistemi