MDB Oyunları: Azərbaycan cüdoda ikinci qızıl medalı qazanıb

MDB Oyunları: Azərbaycan cüdoda ikinci qızıl medalı qazanıb Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarının cüdo yarışlarında final görüşlərinə start verilib.
Fərdi
9 Sentyabr , 2021 18:38
MDB Oyunları: Azərbaycan cüdoda ikinci qızıl medalı qazanıb

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycanın qadın cüdoçusu Səbinə Əliyeva final görüşünə çıxıb.

"Report"un Tatarıstan paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, 52 kq çəki dərəcəsində yer alan Əliyeva həlledici qarşılaşmada belaruslu Anna Burakovaya rəqib olub. Görüş onun ipponla qələbəsi ilə yekunlaşıb.

Bununla da Azərbaycan cüdo millisi yarışı 2 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub.

18:13

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarının cüdo yarışlarında final görüşlərinə start verilib.

"Report"un Tatarıstan paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, 60 kq çəkidə Azərbaycanın iki təmsilçisi Əhməd Yusifov və Rövşən Əliyev qızıl medal uğrunda qarşılaşmada bir-birinə rəqib olub. Görüşü Rusiyadan olan azərbaycanlı hakim Elman Qurbanov idarə edib.

Döyüşün taleyi qızıl xalla həll olunub. Əliyev cərimə xalları hesabına qalib gələrək, çempion olub. Yusif isə gümüş medalla kifayətlənib.

Qeyd edək ki, bu gün mübarizə aparan oğlan cüdoçulardan Elçin Hüseynov (66 kq), Murad Fətiyev (81 kq) və Camal Feyziyev (+100 kq), qızlardan isə Şəfəq Həmidova (48 kq) bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi