MDB Oyunları: Azərbaycan növbəti qızıl medalını qazanıb - YENİLƏNİB

MDB Oyunları: Azərbaycan növbəti qızıl medalını qazanıb - YENİLƏNİB I MDB Oyunlarında iştirak edən Azərbaycan koreşçisi Əlisəftər Məmmədli gümüş medal qazanıb.
Fərdi
6 Sentyabr , 2021 18:23
MDB Oyunları: Azərbaycan növbəti qızıl medalını qazanıb - YENİLƏNİB

I MDB Oyunlarında iştirak edən Azərbaycan koreşçiləri Camal Feyziyev və Elvar Nəhmətzadə də medal qazanıblar.

"Report"un Rusiyanın Kazan şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Feyziyev mütləq çəkidə qızıl, Nəhmətzadə 60 kq çəkidə bürünc medala sahib olub.

Feyziyev final qarşılaşmasında özbəkistanlı İlesbek Obiconova, Nəhmətzadə isə Zərif Vəlitov (Rusiya) və Azizbek Abdukadirov (Özbəkistan) ilə görüşlərinin yekununda 3-cü yeri tutub.

18:09

I MDB Oyunlarında iştirak edən Azərbaycan koreşçisi Əlisəftər Məmmədli gümüş medal qazanıb.

"Report"un Rusiyanın Kazan şəhərində ezam olunmuş əməkdaşı xəbər verir ki, 85 kq çəki dərəcəsində yer alan Məmmədli finalda Rusiya təmsilçisi Vadim Vasilyevə uduzub.

Bu, Azərbaycanın 23-cü medalı olub. Onlardan 6-sı qızıl, 5-i gümüş, 12-si bürünc əyarlıdır.

Son xəbərlər

Orphus sistemi