​Mayk Tayson Şeksprin "Otello" obrazını canlandırmaq arzusundadır

​Mayk Tayson Şeksprin "Otello" obrazını canlandırmaq arzusundadır O, bu arzusunu əvvəlcə televiziyada həyata keçirmək istəyir
Fərdi
17 Noyabr , 2014 07:31
​Mayk Tayson Şeksprin Otello obrazını canlandırmaq arzusundadır

Bakı. 17 noyabr. REPORT.AZ/ Məşhur amerikalı boksçu Mayk Tayson Vilyam Şeksprin eyniadlı pyesindəki "Otello" rolunu canlandırmaq arzusunda olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə o, "Mirror" qəzetinə müsahibəsində qeyd edib.

Taysonun sözlərinə görə, o, teatr səhnəsinə hələ hazır olmadığı üçün, bu arzusunu əvvəlcə televiziyada həyata keçirmək istəyir.

"Mən Şekspri (ekran əsərində) çox oynamaq istəyirəm. Hansı rolu istərdim, dəqiq bilmirəm, amma "Otello"nu oynamaq maraqlı olardı", - deyə qəzet boksçunun sözlərini sitat gətirir.

"Şeksprin ekran əsərində oynamaq, məgər bu gözəl deyil,? Bu qaradərili oğlan... Məni "Otello" kimi təsəvvür edə bilərsiz?", - deyə o, Las-Veqasda keçirilən "Soul Train Awards" musiqi mükafatının təqdimetmə mərasimində jurnalistlərə müraciət edib.

Tayson 55-dən çox filmə çəkilib. Daha iki filmi isə tezliklə prokatlara çıxacaq.

Son xəbərlər

Orphus sistemi