Mayk Tayson onunla döyüşməyə razılıq verdi

Mayk Tayson onunla döyüşməyə razılıq verdi ABŞ-ın peşəkar boks üzrə ağır çəkidə keçmiş dünya çempionları - Mayk Tayson və Şennon Briqqs döyüş keçirməyə razılıq veriblər.
Fərdi
18 May , 2020 16:58
Mayk Tayson onunla döyüşməyə razılıq verdi

ABŞ-ın peşəkar boks üzrə ağır çəkidə keçmiş dünya çempionları - Mayk Tayson və Şennon Briqqs döyüş keçirməyə razılıq veriblər. 

"Report"un məlumatına görə, Briqqs "Daily Mail"ə açıqlamasında bu yaxınlarda Taysonla danışdığını söyləyib. 48 yaşlı idmançı bu danışığın rəsmi görüş keçirmək üçün aparıldığını bildirib: "Taysonla mən əlcək geyinəcək və döyüşəcəyik". 

Qeyd edək ki, aprelin sonunda Mayk Tayson rinqə qayıtmaq istədiyini deyib. O, peşəkar boksdan 2005-ci ildə irlandiyalı Kevin Makbrayda uduzduqdan sonra gedib. 54 yaşlı idmançı karyerası ərzində 50 qələbə (44-ü nokautla) qazanıb və 6 dəfə uduzub. 

Şennon Briqqs isə 68 döyüşündən 60-da 53-ü nokatla olmaqla, qələbə qazanıb. O, 6 dəfə məğlub olub, 1 görüş heç-heçə yekunlaşıb, daha 1-i isə baş tutmayıb. Briqqs 2016-cı ildə argentinalı Emilio Zarateni məğlub edərək rinqlə vidalaşıb. 

Son xəbərlər

Orphus sistemi