Mariya Stadnik karyerası ilə bağlı qərarını açıqlayıb

Mariya Stadnik karyerası ilə bağlı qərarını açıqlayıb Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) karyerasını davam etdirəcək.
Fərdi
485
11 Yanvar , 2022 17:32
Mariya Stadnik karyerası ilə bağlı qərarını açıqlayıb
Mariya Stadnik

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) karyerasını davam etdirəcək.

"Report"un məlumatına görə, titullu idmançı bu barədə Dünya Güləş Birliyinin rəsmi saytına açıqlama verib.

O, 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək istədiyini bildirib. 2 qat dünya və 8 qat Avropa çempionu bu qərarı Tokio olimpiadasından qayıtdıqdan dərhal sonra qəbul edib: "Düşünürəm, nə qədər ki, döyüşmək istəyim var, bütün potensialımı gerçəkləşdirməyə məcburam. Ailəm və dostlarım mənə çox inanırlar. Oğlum güləşə davam etməyimi istəyir, çünki güclü olduğumu deyir".

Stadnik Paris olimpiadasına vəsiqə qazansa, ardıcıl 5 nüfuzlu yarışda iştirak etmiş yeganə güləşçi olacaq. O, qarşıdakı Oyunlarda da mükafatçı olmaq istəyini gizlətməyib: "Çox istərdim ki, beş olimpiya medalım olsun. Hər medal mənim həyat hekayəmin, səyahətimin bir parçasıdır. Beş olimpiya halqası var, ona görə də beş olimpiya medalına sahib olmaq tarixə düşəcək".

Güləşçinin fikrincə, yaşına və fiziki durumuna görə əvvəlkitək tez-tez yarışlara qatıla bilməz: "İldə dörd və ya beş turnirdə iştirak mənim üçün idealdır. Parisə getməzdən əvvəl qarşılaşa biləcəyim yeganə problem bədənimin məşqlərə necə reaksiya verəcəyini bilməməyimdir. 20 yaşımda olan enerjini kompensasiya etmək üçün düzgün yararlana biləcəyim müəyyən təcrübəm var".

Qeyd edək ki, Mariya Stadnik "Pekin-2008" və "Tokio-2020"də bürünc, "London-2012" və "Rio-2016"da isə gümüş medal qazanıb.

Son xəbərlər

Orphus sistemi