Mariya Stadnik 8-ci dəfə Avropa çempionu oldu

Mariya Stadnik 8-ci dəfə Avropa çempionu oldu Rəqibinə 7:2 hesabı ilə qalib gələn Stadnik 8-ci dəfə Avropa çempionu titulunu qazanıb
Fərdi
1045
22 Aprel , 2021 20:31
Mariya Stadnik 8-ci dəfə Avropa çempionu oldu

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 50 kq çəki dərəcəsində mübarizə aparan 2 qat dünya və 7 qat Avropa çempionu qızıl medal uğrunda bolqarıstanlı Miqlena Selişka ilə qarşılaşıb.

Rəqibinə 7:2 hesabı ilə qalib gələn Stadnik 8-ci dəfə Avropa çempionu titulunu qazanıb.

76 kq-da çıxış edən Səbirə Əliyeva isə bürünc medal uğrunda görüşdə moldovalı Yuliya Leordaya 0:13 hesabı ilə uduzub.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq) , Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi