Tokio-2020: Mariya Stadnik finala yüksələ bilməyib

Tokio-2020: Mariya Stadnik finala yüksələ bilməyib Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Fərdi
3407
6 Avqust , 2021 14:10
Tokio-2020: Mariya Stadnik finala yüksələ bilməyib

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda yaponiyalı Yui Susaki ilə üz-üzə gəlib.

Birinci hissədə Stadnik xəbərdarlıq xalı ilə geri düşüb. İkinci yarıda rəqibinə daha 10 xal verən güləşçi vaxtından əvvəl məğlubiyyətlə üzləşib. O, sabah bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.

07:43

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Tunis təmsilçisi Sarra Hamdi ilə üz-üzə gəlib.

Rəqibinə vaxtından əvvəl 10:0 hesabı ilə qalib gələn Stadnik yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda yaponiyalı Yui Susakinin müqavimətini qırmağa çalışacaq.

Stadnik daha əvvəl rusiyalı Stalvira Orşuşu məğlubiyyətə uğradıb.

06:31

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində rusiyalı Stalvira Orşuşla üz-üzə gəlib.

Rəqibinə 9:7 hesabı ilə qalib gələn Stadnik 1/4 finala yüksəlib. O, növbəti raundda Tunis təmsilçisi Sarra Hamdi ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi