​Marina Durunda: "Oyunlarda maksimum nəticə əldə etmək üçün bütün gücümü səfərbər edəcəm"

​Marina Durunda: "Oyunlarda maksimum nəticə əldə etmək üçün bütün gücümü səfərbər edəcəm" O bildirib ki, XXXI Yay Olimpiya Oyunlarında qalib gəlmək üçün əlindən gələni edəcək
Fərdi
2 Avqust , 2016 05:21
​Marina Durunda: Oyunlarda maksimum nəticə əldə etmək üçün bütün gücümü səfərbər edəcəm

Bakı. 2 avqust. REPORT.AZ/ Olimpiya Oyunlarında iştirak etmək mənim üçün bir fəxr və uzun illərin arzusudur.

"Report"un məlumatına görə, bunu bədii gimnastika üzrə Azərbaycan çempionu Marina Durunda deyib.

O bildirib ki, Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında qalib gəlmək üçün əlindən gələni edəcək.

"Bu imkanı dəyərləndirib Braziliyada maksimum nəticə əldə etmək üçün bütün gücümü səfərbər edəcəm" – deyə bədii gimnastika üzrə Azərbaycan çempionu bildirib.

Qeyd edək ki, ölkəmizi 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək idmançılar bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanından yola salınıb.

Son xəbərlər

Orphus sistemi