"Formula 1" pilotu Şri-Lankada terror nəticəsində 3 övladını itirən sponsoruna başsağlığı verib

"Formula 1" pilotu Şri-Lankada terror nəticəsində 3 övladını itirən sponsoruna başsağlığı verib Şri-Lankada baş verən terror nəticəsində 3 övladını itirən Danimarkanın ən varlı vətəndaşı Anders Xolç Povlsen “Formula 1” üzrə dünya çempionatında iştirak edən ABŞ-ın “Haas” komandasının pilotu Kevin Maqnussenin sponsorudur.
Fərdi
23 Aprel , 2019 09:44
Formula 1 pilotu Şri-Lankada terror nəticəsində 3 övladını itirən sponsoruna başsağlığı verib

Şri-Lankada baş verən terror nəticəsində 3 övladını itirən Danimarkanın ən varlı vətəndaşı Anders Xolç Povlsen “Formula 1” üzrə dünya çempionatında iştirak edən ABŞ-ın “Haas” komandasının pilotu Kevin Maqnussenin sponsorudur.

"Report" xəbər verir ki, 27 yaşlı danimarkalı pilot bununla bağlı Povlsenə başsağlığı verib. O, “Twitter” hesabında sponsorunun həlak olan uşaqlarının adlarının baş hərflərini ağ rəngdə qara fonda paylaşıb.

Povlsen “Only”, “Vero Moda” və “Jack&Jones” brendlərinə sahib olan ASOS şirkətinin sahibidir. “Forbes” onun varidatını 7,9 milyard dollarla qiymətləndirir. “Jack&Jones” loqosunu Maqnussenin geyimində və “Haas”ın bolidinda görmək olar.

Qeyd edək ki, tanınmış iş adamı aprelin 21-də həyat yoldaşı, eləcə də 4 övladı - Alyma, Astrid, Aqnes və Alfredlə birgə Pasxa bayramı münasibətilə Şri-Lankaya yollanıb. Paytaxt Kolombodakı otellərin birində baş verən partlayış nəticəsində Povlsenin 4 övladından 3-ü həlak olub. Onlardan hansının həyatda qaldığı açıqlanmır. Ümumilikldə Şri-Lankadakı terror aktları nəticəsində aralarında 30-dan çox əcnəbi olmaqla, 290 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi