Maqnus Karlsen Teymur Rəcəbova uduzan rekordçunu geridə qoya bilər

Maqnus Karlsen Teymur Rəcəbova uduzan rekordçunu geridə qoya bilər Şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsen rekorda imza ata bilər.
Fərdi
15 Oktyabr , 2019 14:51
Maqnus Karlsen Teymur Rəcəbova uduzan rekordçunu geridə qoya bilər

Şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsen rekorda imza ata bilər.

“Report” xəbər verir ki, norveçli qrossmeyster klassik şahmatda məğlubiyyətsiz seriyaya görə liderliyə yüksəlməyə yaxındır. 29 yaşlı şahmatçı Men adasında keçirilən turnirin V turunda hindistanlı Surya Şexar Qanqulini məğlub etməklə, seriyanı 95 partiyaya çatdırıb.

Rekord sahibi çinli Dinq Lirendir. Dünya Kubokunun finalında Teymur Rəcəbova uduzan qrossmeyster ardıcıl 100 görüşdə məğlub olmayıb. Onun seriyası 10 avqust 2017-ci ildən 10 noyabr 2018-dək davam edib. Liren 101-ci partiyada fransalı Maksim Vaşye-Laqravla bacarmayıb.

Qeyd edək ki, Men adasında İsveçrə sistemi ilə keçirilən və Azərbaycan şahmatçılarından heç birinin qatılmadığı yarışın qalibi 2020-ci ildə baş tutacaq İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Rəcəbov Dünya Kubokunda finala çıxmaqla bu hüquqa yiyələnib.

Son xəbərlər

Orphus sistemi