Maqnus Karlsen: "Teymur Rəcəbov çox yaxşı mübarizə apardı"

Maqnus Karlsen: "Teymur Rəcəbov çox yaxşı mübarizə apardı" Şahmat üzrə dünya çempionu Maqnus Karlsen ShamkirChess2019 turnirinin I turunda Azərbaycan təmsilçisi Teymur Rəcəbovla heç-heçənin ədalətli nəticə olduğunu deyib.
Fərdi
1 Aprel , 2019 00:31
Maqnus Karlsen: Teymur Rəcəbov çox yaxşı mübarizə apardı

Şahmat üzrə dünya çempionu Maqnus Karlsen "ShamkirChess2019" turnirinin I turunda Azərbaycan təmsilçisi Teymur Rəcəbovla heç-heçənin ədalətli nəticə olduğunu deyib.

"Report" "ShamkirChess 2019" superturnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, norveçli şahmatçı ilk turu belə şərh edib: "Qara fiqurlarla oynadığım partiyada rəqib səhv etmədi. Ciddi üstünlük olmadığı üçün risk etmək yersiz idi. Teymur çox yaxşı mübarizə apardı. Fikrimcə ilk turlarda heç-heçələrin qeydə alınması normaldır. Adətən superturnirlərdə qələbələr az, amma həlledici olur. Bu dəfə də Şəmkirə uğur qazanmaq üçün gəlmişəm. Ümid edirəm qarşıdakı oyunlar istədiyim kimi olacaq".

Maqnus Karlsen onun üçün hansı rənglə mübarizə aparmağın o qədər vacib olmadığını deyib: "Püşkdən sonra 5 partiyada qara fuqurlarla mübarizə aparacağım dəqiqləşdi. Əslində belə güclü yarışda 5 dəfə qaralarla oynamaq asan olmayacaq. Amma bu məni ciddi qayğılandırmır. Rəqibləri düşünürəm. Əsas rəqibin oyunu, ona hazırlaşmağımdır. Məhz bu səbəbdən turnirlərdə iştirakçıların sayının cüt və ya tək olması önəmli deyil".

Son xəbərlər

Orphus sistemi