Maqnus Karlsen Norveçdə şahmatın məşhur olmamasının səbəbini açıqlayıb

Maqnus Karlsen Norveçdə şahmatın məşhur olmamasının səbəbini açıqlayıb Şəmkir. 28 aprel. REPORT.AZ/ Dünya çempionu və Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ShamkirChess turnirinin üçqat qalibi Maqnus Karlsen vətəni Norveçdə şahmatın məşhur olmamasının səbəbini açıqlayıb.
Fərdi
28 Aprel , 2018 17:57
Maqnus Karlsen Norveçdə şahmatın məşhur olmamasının səbəbini açıqlayıb

Şəmkir. 28 aprel. REPORT.AZ/ Dünya çempionu və Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess" turnirinin üçqat qalibi Maqnus Karlsen vətəni Norveçdə şahmatın məşhur olmamasının səbəbini açıqlayıb.

28 yaşlı qrossmeyster "Report"a açıqlamasında səbəb kimi ölkəsinin təbiətini göstərib.

O, Norveçdə şahmatın populyarlıq qazanması üçün əlindən gələni etdiyini vurğulayıb: "Deməzdim ki, Norveçdə şahmat ənənəvi idman növüdür, məşhurdur. Amma bu, mənim üçün utandırıcı hal deyil. Əlimdən gələni edirəm ki, şahmat norveçlilər arasında məşhurlaşsın. Təbiətindən irəli gələrək, deyərdim ki, Norveçdə bir nömrəlisi qış idman növləridir".

M.Karlsen bu açıqlama ilə "Azərbaycan futbol yox, şahmat ölkəsidir" deyən milli komandanın sabiq baş məşqçisi Berti Foqtsla razılaşdığını dolayısı ilə büruzə verib. O, Azərbaycana köçmə variantının nə dərəcədə mümkünlüyü ilə bağlı sualdan isə yayınıb: "Həyatımda gözlənilməz hadisələr çox olub. Belə bir hal da baş versə, təəccüblənmərəm".

Son xəbərlər

Orphus sistemi