Malayziya MOK İslamiadada su idman növləri və karatedə daha çox medal gözləyir - EKSKLÜZİV

Malayziya MOK İslamiadada su idman növləri və karatedə daha çox medal gözləyir - EKSKLÜZİV "IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələri arasındakı əlaqələri daha da möhkəmləndirməyə imkan verəcək"
Fərdi
9 Mart , 2017 13:42
Malayziya MOK İslamiadada su idman növləri və karatedə daha çox medal gözləyir - EKSKLÜZİV
Report

Bakı. 9 mart. REPORT.AZ/ Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında Malayziyanın nümayəndə heyətinin tərkibinə 58 nəfər, o cümlədən 37 idmançı daxil olacaq.

Bu barədə "Report"a Malayziya Milli Olimpiya Komitəsindən məlumat veriblər.

MOK-dan qeyd ediblər ki, İslamiadada su idman növləri və karatedə daha çox medal gözləyirlər.

Vurğulanıb ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələri arasındakı əlaqələri daha da möhkəmləndirməyə imkan verəcək.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi