Makqreqor - Porye döyüşünün biletləri bir neçə saniyəyə satıldı

Makqreqor - Porye döyüşünün biletləri bir neçə saniyəyə satıldı Bu barədə UFC prezidenti Dana Uayt özünün instaqram səhifəsində yazıb
Fərdi
17 Aprel , 2021 13:09
Makqreqor - Porye döyüşünün biletləri bir neçə saniyəyə satıldı
Dastin Porye və Konor Makqreqor

Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqorla ABŞ təmsilçisi Dastin Porye arasındakı 3-cü görüş üçün satışa çıxarılan biletlər qısa zamanda satılıb.

"Report" xəbər verir ki, bu barədə UFC prezidenti Dana Uayt özünün instaqram səhifəsində yazıb.

Onun sözlərinə görə, satışa çıxarılan 20 800 bileti azarkeşlər bir neçə saniyəyə alıb.

Qeyd edək ki, döyüş iyulun 10-da ABŞ-ın Las-Veqas şəhərində UFC-264 turniri çərçivəsində keçiriləcək. Bunadək baş tutmuş 2 görüşdə tərəflər hərəyə bir qələbə qazanıblar.

Son xəbərlər

Orphus sistemi