Bakı. 30 avqust. REPORT.AZ/ UFC çempionu Konor Makqreqor yaxın iki ay üçün idmandan kənarda qalacaq.
"Report" ESPN-ə istinadən xəbər verir ki, Nevada ştatının idman komissiyası, 29 yaşlı irlandiyalıya oktyabrın 26-dək döyüşlərdə və təlim qarşılaşmaalarında iştirakı qadağan edib, həmçinin döyüşçü oktyabrın 11-dək "istənilən təmaslar"dan kənar olmalıdır.
Qeyd olunur ki, belə bir qadağa idmanın döyüş növlərində standart tibbi tənzimlənmə təcrübəsidir və Las-Veqasda keçirilən superdöyüşün 10-cu raundunda Floyd Meyvezərə məğlub olan Makqreqorun gələcək karyerasına təsir etməyəcək.