Makqreqor Las-Veqasda keçirilən çəki mərasimində Nurməhəmmədovu vurmaq istəyib - VİDEO

Makqreqor Las-Veqasda keçirilən çəki mərasimində Nurməhəmmədovu vurmaq istəyib - VİDEO Bakı. 6 oktyabr. REPORT.AZ/ İrlandiyalı qarışıq idman növləri üzrə döyüşçü Konor Makqreqor Qaydasız Döyüş Çempionatının (UFC) rusiyalı qalibi Həbib Nurməhəmmədov ilə baxış dueli zamanı onun əlindən vuraraq dava salmaq istəyib.
Fərdi
6 Oktyabr , 2018 05:57
Makqreqor Las-Veqasda keçirilən çəki mərasimində Nurməhəmmədovu vurmaq istəyib - VİDEO

Bakı. 6 oktyabr. REPORT.AZ/ İrlandiyalı qarışıq idman növləri üzrə döyüşçü Konor Makqreqor Qaydasız Döyüş Çempionatının (UFC) rusiyalı qalibi Həbib Nurməhəmmədov ilə baxış dueli zamanı onun əlindən vuraraq dava salmaq istəyib.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə Las-Veqasda "UFC 229" iştirakçılarının çəkilərinin müəyyən edilməsi mərasimində baş verib.

Nurməhəmmədov - Makqreqor döyüşü bazar günü səhər, Bakı vaxtı ilə təqribən 8-də başlayacaq.

Turniröncəsi təntənəli rəsmi çəki mərasimində hər iki idmançı yüngül çəki normasına uyğun gəlib (70,3 kq - Nurməhəmmədov, 70,1 kq - Makqreqor). Odur ki, döyüşün keçirilməməsi üçün heç bir təhlükə yoxdur. Lakin gözlənilməz vəziyyət yaranacağı təqdirdə rinqə rusiyalı və ya irlandiyalı əvəzinə amerikalı Toni Ferqüsson çıxa bilər.

Son xəbərlər

Orphus sistemi