“Majestic Warrior” ləqəbli at mövsümün ilk cıdır yarışının qalibi olub

“Majestic Warrior” ləqəbli at mövsümün ilk cıdır yarışının qalibi olub Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) 2018-ci ilin cıdır mövsümünə start verib.
Fərdi
7 aprel 2018 14:01
“Majestic Warrior” ləqəbli at mövsümün ilk cıdır yarışının qalibi olub

Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) 2018-ci ilin cıdır mövsümünə start verib.

“Report”un məlumatına görə, mövsümün ilk cıdır yarışı Binə Atçılıq Mərkəzi ərazisində yerləşən hippodromda baş tutub.

5 qaçışdan ibarət olan yarışda 3 yaş və yuxarı ərəb atları 1000 metr, 3 yaş ingilis atları 1600 metr, 3 yaş Qarabağ və Dilbaz atları 1000 metr, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları 1600 metr, 4 yaş və yuxarı İngilis atları isə 2000 metr məsafədə güclərini sınayıblar.

Üç yaşlı Qarabağ və Dilbaz atlarının yarışında jokey Orxanbəy Hacıyev “Laləzar” ləqəbli atla 1-ci yeri tutub. Vüsal Nəzərov “Yalçın qız” ləqəbli atla 2-ci, Hilal Nəzərov “Zirvə” ləqəbli atla 3-cü olub.

Üç yaş və yuxarı ərəb atlarının yarışında jokey Azər Əliyev “Pamir” ləqəbli atla qalib gəlib. Rauf Tahirov “Ekru” ləqəbli atla 2-ci, Hilal Nəzərov isə “Renessans-tersk” ləqəbli atla 3-cü yeri tutub.

Dörd yaş və yuxarı Qarabağ və Dilbaz atlarının yarışında jokey Azər Əliyev “Dəmir” ləqəbli atla rəqiblərini qabaqlayıb. Nazim Azayev “Qaradağ” ləqəbli atla 2-ci, Rəşad Həsənov isə “Qalxan” ləqəbli atla 3-cü olub.

Üç yaşlı ingilis atlarının yarışında Rauf Tahirov “Atilla” ləqəbli atla 1-ci yeri tutub. Orxanbəy Hacıyev “Sweet turf” ləqəbli atla 2-ci, Vüsal Nəzərov isə “Mavritaniya” ləqəbli atla 3-cü pillədə qərarlaşıb.

Dörd yaş və yuxarı ingilis atlarının yarışında isə Orxanbəy Hacıyev “Majestic Warrior” ləqəbli atla 1-ci yeri tutub. Azər Əliyev “Cherry grey” ləqəbli atla 2-ci, Səxavət Azayev isə “Mr.Tornado” ləqəbli atla 3-cü olub.

Son xəbərlər

Orphus sistemi