Mahir Məmmədov: "Şahmatın inkişafında Heydər Əliyevin əvəzsiz rolu olub"

Mahir Məmmədov: "Şahmatın inkişafında Heydər Əliyevin əvəzsiz rolu olub" Azərbaycan Şahmat Federasiyası (AŞF) ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Fərdi
101
11 Dekabr , 2021 14:48
Mahir Məmmədov: Şahmatın inkişafında Heydər Əliyevin əvəzsiz rolu olub

Azərbaycanın şahmat ictimaiyyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Federasiyadan "Report"a verilən məlumata görə, qurumun prezidenti Mahir Məmmədov, vitse-prezident Faiq Həsənov, İcraiyyə Komitəsinin üzvləri, o cümlədən kişi və qadınlardan ibarət millinin üzvləri abidəni ziyarət edib, önünə gül dəstələri qoyub, ulu öndərin xatirəsini ehtiramla anımlar.

AŞF rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyub.

M.Məmmədov ölkə şahmatının və şahmatçılarının inkişafında Heydər Əliyevin əvəzsiz rolununun olduğunu bildirib: "Ulu öndərin məzarını ziyarət etmək hər bir şahmatçımızın mənəvi borcudur. Azərbaycanda zəngin tarixə malik şahmat ötən əsrin 70-ci illərində inkişaf etməyə başlayıb. Müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, bu idman növünə də xüsusi diqqət yetirilib. Heydər Əliyevin təşəbbüsü ilə respublikada şahmat məktəbləri tikilməyə başlayıb. Azərbaycanda idmanın, o cümlədən şahmatın inkişafında və bugünkü nailiyyətlərində, xüsusən də kişilərdən ibarət milli komandanın üçqat Avropa çempionu adı daşımasında Heydər Əliyevin böyük xidmətləri olub".

Onun sözlərinə görə, Heydər Əliyev hələ kiçik yaşlarında şahmatçıları qəbul edərək onların inkişafı üçün mühüm tapşırıqlar verib: "İndi həmin uşaqlar dünyanın sayılıb-seçilən yüksək reytinqli qrossmeysterlərinə çevrilib. Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illər ərzində şahmatın inkişafını daim diqqət mərkəzində saxlaması, bunun sayəsində Azərbaycanın hər yerində şahmat məktəblərinin açılması yeni-yeni istedadların aşkara çıxarılmasında və onların müxtəlif miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil etmələrində mühüm rol oynayıb".

F.Həsənov Azərbaycan şahmatının seçilən ölkələrin siyasında yer aldığını söyləyib: "Azərbaycan şahmat məktəbinin yetirmələri istər uşaq və yeniyetmələr, istərsə də gənclər və böyüklər arasında bir çox mötəbər beynəlxalq yarışda, o cümlədən, Avropa və dünya çempionatlarında, klublararası qitə birinciliklərində qalib və mükafatçılar sırasında yer tutur, fəxri kürsüdə təbrikləri qəbul edirlər. Onların qələbələri şərəfinə müxtəlif ölkələrdə Azərbaycan bayrağı yüksəklərə ucaldılır, dövlət himnimiz səsləndirilir. Ona görə Heydər Əliyevin şahmata qayğısı daim yaddaşımızda qalacaq. Sevindirici haldır ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş şahmata olan yüksək diqqət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, onun sərəncamı ilə 2009 - 2014-cü illərdə şahmatın inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi bu idman növünün inkifaşının yeni mərhələsi oldu".

Son xəbərlər

Orphus sistemi