Yuxarı
    Bağlamaq

    Bakıda keçiriləcək Şahmat Olimpiadasında iştirak edəcək ölkələrin və komandaların sayı açıqlanıb

    Sentyabrın 1-dək komandaların hamısı paytaxtımızda olacaq

    Bakı. 22 avqust. REPORT.AZ/ "Paytaxtımız möhtəşəm şahmat yarışına hazırlaşır. Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak üçün 182 komanda, 176 ölkə qeydiyyatdan keçib. Ölkələrin təmsilçiliyinə görə bu, tarixdə ən yüksək göstəricidir".

    Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunu Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov olimpiadaya hazırlıqla bağlı deyib.

    Onun sözlərinə görə, yarışa hazırlıqla yanaşı, bir sıra paralel tədbirlər də nəzərdə tutulub: "Mədəniyyət və Turizm Nazirliyinin balansında olan turistik avtobuslardan ikisini brendləşdirərək şahmat avtobusu kimi şəhər sakinlərinin və qonaqların istifadəsinə vermişik. Turlarda iştirak edənlər avtobusda quraşdırılmış şahmat lövhələrindən istifadə edərək bu növdə özlərini sınaya bilərlər".

    Əməliyyat Komitəsinin rəhbəri bildirib ki, avqustun 25-dən etibarən iştirakçı komandalar Bakıya gəlməyə başlayacaq: "Sentyabrın 1-dək komandaların hamısı paytaxtımızda olacaq. 3100-dən artıq idmançı, hakim, jurnalist, konqres iştirakçıları qeydiyyatdan keçib. Onlardan 2245 nəfəri artıq viza alıb. Qalanları isə vizalarını hava limanında alacaq. Bu proses hava limanında heç bir qələbəlik və problem yaratmayacaq. Otellərimiz və yarış zalımız olimpiadaya tam hazırdır".

    Qeyd edək ki, Bakı Şahmat Olimpiadasının açılış mərasimi sentyabrın 1-də, saat 19:00-da Milli Gimnastika Arenasında keçiriləcək. Olimpiada 1-13 sentyabrda olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi