lV İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komisiyasının V İclası keçirilib

lV İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komisiyasının V İclası keçirilib Artıq 3000-dən çox idmançı yarışlarda iştirak üçün qeydiyyatdan keçib
Fərdi
7 Aprel , 2017 11:21
lV İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komisiyasının V İclası keçirilib

Bakı. 7 aprel. REPORT.AZ/ Bu gün lV İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komisiyasının V İclası keçirilib.

"Report"un məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Abdulaziz Əl-Nassar və digər rəsmi şəxslər iştirak ediblər. F.A.Əl-Nassar İslamiadaya hazırlığının yüksək səviyyədə təşkili üçün Azərbaycan Prezidenti İlham Əliyevə və I vitse-prezident, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlığını bildirib.

A.Rəhimov isə iştirakçılara IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq prosesi ilə bağlı məlumat verib. İslamiadaya 36 gün qaldığını qeyd edən nazir Oyunlara yüksək həvəs və peşəkarlıqla hazırlaşdıqlarını söyləyib: “İslamiadada 57 ölkənin idmançıları iştirak edəcək. Oyunlar bütün İslam dünyasını Azərbaycanda birləşdirəcək. Görülən işlərdən çox məmnunuq. Biletlərin satışı gözləntiləntilərimizə uyğun davam edir. Könüllülərin bu Oyunlara göstərdiyi maraq və diqqəti xüsusilə qeyd etmək istərdim. Son ay ərzində könüllülər üçün təlim proqramı hazırlamışıq. Bu proqram 8000 könüllümüzü lazımi bilik və bacarıqlarla təmin edir. İslamiada zamanı yarışlar 16 idman arenasında keçiriləcək. Artıq 3000-dən çox idmançı yarışlarda iştirak üçün qeydiyyatdan keçib. Bu oyunlara yüksək həvəs və peşəkarlıqla hazırlaşırıq. Hələ qarşıda görüləcək işlər var. Bizə göstərdikləri dəstəyə görə bütün dostlarımıza, tərəfdaşlarımıza minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi