Lüis Hemilton Soçi Qran-prisinin qalibi olub

Lüis Hemilton Soçi Qran-prisinin qalibi olub Bakı. 30 sentyabr. REPORT.AZ/ Formula 1 üzrə Rusiya Qran Prisinə yekun vurulub.
Fərdi
30 Sentyabr , 2018 17:30
Lüis Hemilton Soçi Qran-prisinin qalibi olub

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Formula 1" üzrə Rusiya Qran Prisinə yekun vurulub.

"Report"un məlumatına görə, Soçidə keçirilmiş yarışın qalibi adını böyük "Mercedes" pilotu Lüis Hemilton qazanıb.

Böyük britaniyalı idmançının finlandiyalı komanda yoldaşı Valtteri Bottas ikinci, "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel üçüncü yeri tutub.

Ümumilikdə finişə 20 iştirakçıdan 18-i çata bilib.

Bu qələbədən sonra xallarını 281-ə çatdıran Hemilton liderliyini davam etdirib. Fettel 241 xalla ikinci, "Ferrari"nin finlandiyalı pilotu Kimi Raykonen isə 174 xalla 3-cüdür. Avtomobillərin mübarizəsində isə ilk 3 yeri 495 xalla "Mercedes", 442 xalla "Ferrari" və 292 xalla "Red Bull Rasing Tag Heuer" tutur.

Növbəti Qran Pri oktyabrın 7-də Yaponiyada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi