Lüis Hemilton Meksika Qran-prisinin qalibi olub

Lüis Hemilton Meksika Qran-prisinin qalibi olub Rodriges qardaşlarının adını daşıyan avtodromda Formula-1 üzrə Meksika Qran-prisi keçirilib.
Fərdi
27 oktyabr 2019 21:03
Lüis Hemilton Meksika Qran-prisinin qalibi olub
Twitter

Rodriges qardaşlarının adını daşıyan avtodromda Formula-1 üzrə Meksika Qran-prisi keçirilib.

"Report"un məlumatına görə, qalib adını "Mercedes" pilotu Lüis Hemilton qazanıb. İkinci yeri "Ferrari"dən Sebastyan Fettel tutub. "Üçlüy"ü Hemiltonun komanda yoldaşı Valtteri Bottas qapayıb.

Bu, Hemiltonun mövsümdə 10-cu, karyerasında 83-cü qələbə olub. Onun 6 qat dünya çempionluğunu vaxtından əvvəl əldə etməsi üçün cəmi 4 xal çatmayıb.

Son xəbərlər

Orphus sistemi