“Şarl Lekler təsnifat mərhələsində səhvə yol verməsəydi, Azərbaycanda rahat qələbə qaza bilərdi".
“Report” xəbər verir ki, bunu “Mercedes”in pilotu Lüis Hemilton “Formula” üzrə İspaniya Qran-prisi ərəfəsində “RaceFans”a deyib. Britaniyalı sürücünün fikrincə, “Ferrari”dən olan rəqibi Lekler 26 – 28 apreldə Bakıda keçirilmiş
Qeyd edək ki, SOCAR Azərbaycan Qran-prisində “Mercedes” komandasının pilotu Valteri Bottas qalib olub. Onu komanda yoldaşı Luis Hamilton və “Ferrari” sürücüsü Sebastyan Fettel ardıcıllıqla izləyiblər. Sıralama turunda qəza keçirən Şarl Lekler 5-ci olub. Buna rəğmən, monakolu pilot ən sürətli dövrənin müəllifi kimi əlavə 1 xal qazanıb.
İspaniya Qran-prisi bu gün start götürəcək. İlk gündə 2 sərbəst yürüş, mayın 11-də sərbəst yürüş və sıralama turu, ertəsi isə yarış olacaq.