Lüis Hemilton: "Komandamdan üzr istəyirəm"

Lüis Hemilton: "Komandamdan üzr istəyirəm" "Təbii ki, bu, mənim üçün ibrətamiz təcrübədir. İlk "10-luğ"a qayıtmaq üçün çalışdıq və çox əziyyət çəkdim. Amma yekunda məğlub oldum".
Fərdi
175
6 İyun , 2021 20:08
Lüis Hemilton: Komandamdan üzr istəyirəm
Lüis Hemilton

"Təbii ki, bu, mənim üçün ibrətamiz təcrübədir. İlk "10-luğ"a qayıtmaq üçün çalışdıq və çox əziyyət çəkdim. Amma yekunda məğlub oldum".

"Report"un məlumatına görə, bu fikirləri "Formula 1" üzrə Azərbaycan Qran-prisində 15-ci yeri tutan "Mercedes"in pilotu Lüis Hemilton deyib.

7 qat dünya çempionu nəticəyə görə komandasından üzr istəyib: "Məni bağışlayın. Bu gün bəxtimiz gətirmədi. Amma geri dönməyə və növbəti yarış üçün daha da güclənməyə çalışacağıq".

Qeyd edək ki, "Red Bull"un sürücüsü Serxio Peres Azərbaycan Qran-prisinin qalibi olub.

Son xəbərlər

Orphus sistemi