Lüis Hemilton "Formula 1" üzrə Macarıstan Qran-prisinin qalibi olub - VİDEO

Lüis Hemilton "Formula 1" üzrə Macarıstan Qran-prisinin qalibi olub - VİDEO Formula 1 üzrə Macarıstan Qran-prisinə yekun vurulub.
Fərdi
4 Avqust , 2019 22:44
Lüis Hemilton Formula 1 üzrə Macarıstan Qran-prisinin qalibi olub - VİDEO

"Formula 1" üzrə Macarıstan Qran-prisinə yekun vurulub.

"Report"un məlumatına görə, mövsümdə 12-ci Qran-prinin qalibi adını "Mercedes" pilotu Lüis Hemilton qazanıb.

Britaniyalı sürücü son dövrələrdə "Red Bull"dan olan Maks Ferstappeni ötməyi bacarıb. Üçüncü yeri isə "Ferrari"dən Sebastyan Fettel tutub.

Qeyd edək ki, 10 komandadan 20 pilot 70 dövrə və ya 306,63 km yol qət etdikdən sonra finişə çatıblar.

Son xəbərlər

Orphus sistemi