Yuxarı
    Bağlamaq

    Los-Anceles şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarından imtina edə bilər

    Beynəlxalq Olimpiya Komitəsi iclas keçirəcək

    Bakı. 8 iyun. REPORT.AZ/ ABŞ-ın Los-Anceles şəhəri 2024-cü il Yay Olimpiya Oyunları uğrunda mübarizədən çəkilə bilər. "Report"un "İnside the Games"ə istinadən verdiyi məlumata görə, bu barədə Los-Ancelesin Sifariş Komitəsinin rəhbəri Keysi Vasserman açıqlama verib.

    O bildirib ki, Kaliforniya Meqapolisinin 2028-ci il Oyunlarını təşkil etməsi mümkündür: "Bizim ərizəmiz 2024-cü il Oyunlarına yönəlməyib. "Ya indi, ya da heç vaxt" demirik. Biz olimpiadanı təşkil etməli olan yeganə qonaqpərvər şəhər ideyasını həyata keçiririk. Beynəlxalq Olimpiya Komitəsinə ilk növbədə olimpiya hərəkatının dəyərlərinin qayğısına qaldığımızı göstərmək istəyirik".

    Los-Anceles ərizəsini geri götürsə, 2024-cü il olimpiadası uğrunda mübarizədə Fransanın paytaxtı Paris avtomatik qalib elan olunacaq. İyunun 9-da İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinin (İOC) İcraiyyə Komitəsi üzvlərini görüşü olacaq. Tədbirdə İOC-un 4 vitse-prezidentindən ibarət İşçi Qrup məruzə təqdim edəcək. Bunlardan biri 2024 və 2028-ci il Yay Olimpiya Oyunlarının təşkilatçı şəhərinin seçiminə, digəri isə 2026-cı il Qış Olimpiya Oyunlarını keçirməyə namizədlər üçün tələblərə həsr olunacaq. Eyni zamanda İcraiyyə Komitəsi Tokio-2020 çərçivəsində tədbirlərin proqramını müzakirə edəcək.

    Qeyd edək ki, hazırda 2024 və 2028-ci il olimpiadalarının Parislə Los-Anceles arasında bölüşdürülmə məsələsi gündəmdədir.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi