London Olimpiadasının bürünc mükafatçısı 36 yaşında dünyasını dəyişib

London Olimpiadasının bürünc mükafatçısı 36 yaşında dünyasını dəyişib O, evindən ölü halda tapıb
Fərdi
9 Mart , 2018 14:36
London Olimpiadasının bürünc mükafatçısı 36 yaşında dünyasını dəyişib

Bakı. 9 mart. REPORT.AZ/ 2012-ci il London Yay Olimpiya Oyunlarında qoşa mübarizədə bürünc medal qazanmış Cənubi Koreya badmintonçusu Çon Çje Son 36 yaşında dünyasını dəyişib. 

"Report"un məlumatına görə, idmançını xanımı Seuldan 70 km aralıdakı Xvason şəhərindəki evindən ölü halda tapıb. Ölümün səbəbi açıqlanmır. Polisdən bildirilib ki, 2015-ci ildə badmintonçuya ürək aritmiyası diaqnozu qoyulub. Habelə, idmançı dəfələrlə ürəyindən şikayətlənib. 

Qeyd edək ki, Çon Çje Son London olimpiadasında bürünc medalı Li Yon De İlə qoşa mübarizədə qazanıb. Onların hesabında dünya çempionatlarının gümüş və bürünc medalları da var. 

Son xəbərlər

Orphus sistemi