Ümumdünya Atletikasından lisenziya qadağasının ləğvi xahiş olundu

Ümumdünya Atletikasından lisenziya qadağasının ləğvi xahiş olundu Beynəlxalq Yarışların Təşkilatçıları Assosiasiyasının üzvləri (Euromeetings) Ümumdünya Atletikasının (World Athletics) prezidenti Sebastyan Kouya müraciət ünvanlayıblar.
Fərdi
18 Aprel , 2020 20:22
Ümumdünya Atletikasından lisenziya qadağasının ləğvi xahiş olundu

Beynəlxalq Yarışların Təşkilatçıları Assosiasiyasının üzvləri (Euromeetings) Ümumdünya Atletikasının (World Athletics) prezidenti Sebastyan Kouya müraciət ünvanlayıblar.

"Report"un "Inside the Games" nəşrinə istinadən məlumatına görə, qurum üzvləri koronavirus pandemiyası səbəbindən Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat müddətinin dekabrın 1-dək dondurulması ilə bağlı qərarın ləğv olunmasını xahiş ediblər.

Məktubda S.Koudan məsələyə yenidən baxılması istənilib: "Sponsorlarımıza 2020-ci ildə keçiriləcək yarışların vacibliyini izah edərkən təsnifat turnirlərinin təşkilinin mümkünlüyü kimi vacib arqumenti nəzərdən qaçırmışıq. Buna görə sizdən 2020-ci il dekabrın 1-dək olimpiya lisenziyalarının alınmasının mümkünsüzlüyünə dair qərara yenidən baxılmasını xahiş edirik. Ümumi vəziyyət bizə atletika yarışlarını payızda keçirməyə imkan verərsə, idmançılara lisenziyası qazanmaq imkanı təklif etmək istərdik".

Qeyd edək ki, qadağa səbəbindən Avropa çempionatı, Brilyant Liqası, milli çempionatlar və digər beynəlxalq turnirlərin nəticələri lisenziya sayılmayacaq.

Son xəbərlər

Orphus sistemi