Azərbaycan boks millisinin sabiq baş məşqçisi Ukrayna yığmasına rəhbərlik edəcək

Azərbaycan boks millisinin sabiq baş məşqçisi Ukrayna yığmasına rəhbərlik edəcək Bakı. 11 yanvar. REPORT.AZ/ Boks üzrə Azərbaycan millisinin baş məşqçi postundan istefaya göndərilmiş Leonid Loivskinin yeni iş yeri müəyyənləşib.
Fərdi
11 Yanvar , 2019 17:27
Azərbaycan boks millisinin sabiq baş məşqçisi Ukrayna yığmasına rəhbərlik edəcək

Bakı. 11 yanvar. REPORT.AZ/ Boks üzrə Azərbaycan millisinin baş məşqçi postundan istefaya göndərilmiş Leonid Loivskinin yeni iş yeri müəyyənləşib.

“Report” xsport.ua saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssis ölkəsinin əsas yığma komandasına rəhbərlik edəcək. Onun namizədliyinin Ukrayna Boks Federasiyası tərəfindən təsdiqləndiyi bildirilir. Təcrübəli mütəxəssis son 14 ildə yığmaya başçılıq edən Dmitri Sosnovskini əvəzləyib.

Qeyd edək ki, Leonid Loivski 2016 - 2018-ci illərdə Azərbaycan yığmasının baş məşqçisi olub.

Son xəbərlər

Orphus sistemi